|
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya” ilə keçirdiyi oyunu izləyənlər arasında “Trabzonspor”un baş məşqçisi Ünal Karaman da olub.
APA xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Bildirilir ki, Qara dəniz təmsilçisinin çalışdırıcısı Sloveniyadakı qarşılaşmadan sonra hər iki komandanın bir neçə oyunçusunun adını siyahısına əlavə edib. Axtarışlarını davam etdirəcək Karamanın “transfer pəncərəsi” bağlanana qədər “Qarabağ”dan hansısa futbolçunu komandasında görmək istəməsi istisna olunmur.
Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” matçı Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə nəticələnib.