Ramazanda necə idman etmək lazımdır?

Ramazanda qidalanma digər günlərdən az olsa da, bu ərəfələrdə idmanla məşğul olanlar az deyil. Bunu edənlər bəzi qaydalara əməl etməlidirlər.

Qafqazinfo xəbər verir ki, oruc tutarkən tez-tez idman etmək qan şəkərinin aşağı düşməsinə, suyun və duzun itirilməsinə səbəb olur.

Orucluykən davamlı idman etmək enerjinizi azalda bilər ki, bu da iş və ya gündəlik həyatınızda məhsuldarlığınızın azalmasına səbəb ola bilər.

Bəs Ramazanda necə idman etmək lazımdır?

- İmsakdan 1-2 saat sonra yürüş etmək, yaxud iftardan sonra məşq etmək məsləhət görülür. Lakin iftardan dərhal sonra yüksək templi qaçış və ya fitness zalında məşq ürək-damar və qan dövranı sistemlərinə mənfi təsir göstərir. Buna görə də, daha yavaş və diqqətli idman etmək lazımdır.

- İftarda həddən artıq yağlı və ağır yeməklər əvəzinə vitaminlərlə zəngin yeməklər qəbul etmək lazımdır. Bu iftardan sonra idmanla məşğul olan zaman insana güc, enerji verir.

-Yüksək qan təzyiqi, şəkərli diabet və ya digər sağlamlıq problemləri olan insanların oruc tutarkən idman etmələri tövsiyə edilmir. Xəstəliyi olanların həkim məsləhəti ilə idmanla məşğul olması çox vacibdir.

- Oruc tutarkən sauna və buxar otağından qətiyyən istifadə etmək olmaz.

- İdman zamanı sərf etmək üçün kifayət qədər enerji olması üçün düzgün qidalar istehlak etmək lazımdır.

- Döyüş və komanda idmanları kimi daimi enerji və əzələ tələb edən idmanlardan çəkinmək lazımdır.

- Yalnız əzələ kütləsini qorumağa yönəlmiş məşq rejiminə uyğun olaraq, iftardan sonra həftədə iki dəfə kardio etmək kifayətdir.

12 Mart 2025 UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
06 Mart 2025 “Fənərbaxça” “Reyncers”ə qarşı - AL-də 1/8 final başlayır
05 Mart 2025 Ronaldoya 99 şallaq zərbəsi vurulacaq? - Evli qadını qucaqlayıb öpüb
05 Mart 2025 “Liverpul” PSJ-yə, “İnter” “Feyenoord”a qarşı
04 Mart 2025 Azərbaycan - Belarus oyununun yeri və saatı açıqlandı
04 Mart 2025 UEFA Çempionlar Liqası: 1/8 finalın ilk oyunlarına start verilir
27 Fevral 2025 Joze Mourinyonun alacağı cəza BƏLLİ OLDU
19 Fevral 2025 Çempionlar Liqası: “Real Madrid” “Mançester Siti”yə, “Yuventus” PSV-yə qarşı
14 Fevral 2025 Bakıda "Böyük Dəbilqə" turnirinə bu gün start verilir
10 Fevral 2025 “Meydançadan çıxmağımızı o istədi” - “Adana Demirspor”un baş məşqçisi
07 Fevral 2025 Hoteldə qızla tanış olmaq istəyən azərbaycanlı futbolçunu komandadan qovdular
07 Fevral 2025 “Liverpul” “Tottenhem”i darmadağın edib finala yüksəldi
05 Fevral 2025 Azərbaycan çempionatı hansı formatda olacaq? - Sərxan Hacıyevdən açıqlamalar
04 Fevral 2025 "Formula 1": Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub
03 Fevral 2025 Mariya Stadnik karyerasını bitirdi
31 Yanvar 2025 "Neftçi" bu gün "Şamaxı" ilə, "Sabah" "Kəpəz"lə üz-üzə gələcək
27 Yanvar 2025 "Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub
23 Yanvar 2025 "Qarabağ" bu gün Rumıniya komandası ilə qarşılaşacaq
22 Yanvar 2025 UEFA Çempionlar Liqası: Liqa mərhələsində VII tura yekun vurulacaq
21 Yanvar 2025 Çempionlar Liqasında ilin ilk oyunları

Xəbər lenti