|
2018.07.19 - 23:30
“Keşlə” klubu Avropa Liqasında Malta komandası "Baltsan" ilə I təsnifat mərhələsinin cavab matçını keçirib.
Axar.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyun ”Keşlə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Səfərdə baş tutan ilk görüşdə 1:4 hesabı ilə məğlub olan paytaxt təmsilçisi Avropa Liqasındakı mübarizəni dayandırıb.
Təmsilçilərimizdən “Qəbələ” də mərhələnin cavab oyununa çıxıb.
Sənan Qurbanovun komandası Lüksemburqda “Proqres”in qonağı olub. Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çalışıb. "Qəbələ" 1:0 hesablı qələbə qazansa da, bu nəticə təmsilçimizin mərhələ adlaması üçün kifayət etməyib.
***
“Neftçi” Macarıstanda “Uypeşt”in qonağı olub. Bakıda keçirilən ilk görüşdə 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi bu üstünlüyünü qorumağa çalışsa da, istəyinə çata bilməyib. Təmsilçimizin qapısından 4 cavabsız qol keçirən "Uypeşt" mərhələ adlayan tərəf olub.