|
Şahmatçımız Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində norveçli Maqnus Karlsen üzərində qələbə qazanaraq turnirin qalibi olub.
Axar.az xəbər verir ki, qrossmeysterimiz yarışın başa çatmasına bir tur qalmış qələbə qazanıb.
Məmmədyarov yeddi xal toplayıb və rəqibləri üçün əlçatmaz olub.
Yarışın son turu avqustun 1-də keçiriləcək.