Sabah bizim üçün asan olmayacaq.

 

APA-nın məlumatına görə, bu sözlər “Kukesi”nin baş məşqçisi Armando Kunquya məxsusdur.

Albaniya təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq.

Oyundan öncə keçirilən mətbuat konfransında Kunqu bu sözləri deyib: “Qarşılaşmaya ciddi hazırlaşmışıq. Futbol sürprizləri sevən idman növüdü. Sabah şansımızdan yararlanmağa çalışacağıq. Maksimum gücümüzü ortaya qoyacağıq”.

- Sabah penaltilər seriyasına ümid edəcəksiniz, yoxsa 90 dəqiqəyə məsələni həll etməyi düşünürsünüz?

- İstənilən hal baş verə bilər. Təbii ki, 90 dəqiqədə həll etmək istərdik. Ancaq istənilən vəziyyətə hazırlaşmışıq. Futbolda hər şey olur.

- Komandanın futbolçularının Bakıya hissə-hissə gəldiyi bildirilib. Bu nə dərəcədə doğrudu?

- Belə halın yaşanması xoş deyil. Bu, viza ilə bağlı idi. Kosovo vətəndaşını gətirə bilmədik. Ancaq futbol oynayırıq. Siyasi bir hadisənin iştirakçısı olmaq istəmirik. Çalışacağıq ilk oyundakı kimi çıxış edək və qələbə qazanaq.

- İki futbolçunuz Valon Ethemi və Rustem Xoca “Keşlə” ilə danışıq aparır. Bu barədə məlumatınız varmı?

- Xeyr, məlumatım yoxdur. Hazırda bu barədə də düşünmürəm. Rəsmi bir şey yoxdur. Bəlkə də, kimsə buna altdan cəhd edə bilər.

- Evdə müdafiəyə qapanaraq oynadınız. Cavab görüşündə də bu cür “Kukesi” görəcəyik?

- Burda jurnalistlərin sualları bizi daha çox təzyiq altına salır. Evdəki oyun zamanı belə suallar verilmirdi. Nəticə qazanmağa çalışırıq. Bizim üçün əsas nəticədi. 80 dəqiqə uğurlu çıxış edib, bir anlıq səhvlə hər şeyi məhv edə bilərsən. Biz səhv etməməyə çalışacağıq.

- Oyuna artıq 15 mindən çox bilet satılıb. Bu amil sizə əlavə çətinlik yaratmayacaq?

- Bizim üçün birinci hal deyil. Bundan daha çox azarkeş qarşısında oynamışıq. Oyunçularım peşəkardılar. Özüm də futbolçu olarkən dolu tribuna önündə oynamışam. Bizim üçün bir problem yoxdu.

- “Qarabağ”dan fərqli, siz ölkə çempionu deyilsiniz. Sabah uğursuzluq olarsa, səbəblərdən biri kimi bunu göstərmək olarmı?

- Son 6 ildə daim avtokuboklarda çıxış etmişik. Hörmətə layiq komandayıq. Çempionlar Liqasında “Qarabağ” kimi böyük klubla qarşılaşmaq böyük uğurdur. Burda bütün Albaniyanı təmsil edirik.

22 Noyabr 2024 Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
20 Noyabr 2024 Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
20 Noyabr 2024 "Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
20 Noyabr 2024 Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
19 Noyabr 2024 UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
18 Noyabr 2024 “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
16 Noyabr 2024 Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO
16 Noyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
15 Noyabr 2024 "Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
15 Noyabr 2024 Messi bu tarixdə Azərbaycana gəlir
14 Noyabr 2024 AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı
13 Noyabr 2024 Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto
13 Noyabr 2024 Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video
31 Oktyabr 2024 Xanım boksçumuzdan tarixi uğur
30 Oktyabr 2024 Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI
29 Oktyabr 2024 Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib
24 Oktyabr 2024 UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq
22 Oktyabr 2024 UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək
21 Oktyabr 2024 “Mahirin qolu işimizi asanlaşdırdı” - Kloze

Xəbər lenti