|
Rusiyalı boksçu Həbib Nurməhəmmədovla irlandiyalı boksçu Konor Makqreqor arasında döyüş oktyabrın 6-da baş tutacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Son Hədd Mübarizə Çempionatının (UFC) prezidenti Dana Uayt deyib. Onun sözlərinə görə, bu görüş UFC-in əsas döyüşü olacaq.
Qeyd edək ki, Nurməhəmmədov hazırda UFC-nin yüngül çəkidəki çempionu titulunu daşıyır. Makqreqor isə bu titulun keçmiş sahibidir.