Otuz ilə yaxın düşmən taptağı altında qalmış Qarabağ torpağında quruculuq işlərinə başlanılıb.

Söhbət işğaldan azad edilən Füzuli rayonu ərazisində yerləşən Beynəlxalq Hava Limanından gedir.

“Report” xəbər verir ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan hava limanının tikintisi hazırda davam etdirilir və bu ilin sonunadək istifadəyə verilməsi gözlənilir.

Hazırda minalaradan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir. Uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir.

Həmçinin aerportun ərazisində avtomobil dayanacağı da tikilir. Hava limanının perron sahəsi 60 min kvadratmetrdir. Burada müxtəlif növ təyyarələrin dayanacağı olacaq. Yönəldici yolun sahəsi 6 500 kvadratmetrdir. Aeroporta giriş yolu 5 000 kvadratmetr olacaq. Aerovağzalın önündə isə 120 avtomobil üçün dayanacaq tikiləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov Füzuliyə səfər edən jurnalistlərə deyib ki, uçuş-enmə zolağında hazırda minalardan təmizləmə prosesləri gedir.

Onun sözlərinə görə, “Füzuli beynəlxalq hava limanının tikintisi" layihəsinə uyğun olaraq ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün Böyük Britaniya istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal "AARDVARK" modelli mexanizm alınıb və əraziyə gətirilib.

E.Hüseynov bildirib ki, Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi məqsədilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır: “Araşdırmalardan sonra təyin olunacaq yer bu ilin aprel ayının sonuna qədər müəyyən olunacaq”.

Yeni aeroportun tikildiyi ərazidə minaların təmizlənməsi üçün Şotlandiyanın "AARDVARK" şirkətindən mütəxəssis dəvət edilib. Şirkətin nümayəndəsi Devid Klark deyib ki, 50 hektarlıq ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur:

“Gün ərzində təqribən 2-3 hektar ərazini minadan təmizləmək mümkündür. Torpağın tərkibindən asılı olaraq bu rəqəm dəyişə bilər. Azərbaycanda olduğum müddətdə bu sahədən olan yerli mütəxəssislərə minatəmizləmə maşınından istifadə qaydaları ilə bağlı təlim keçiriləcək. Təqribən 6-8 mütəxəssisə təlim keçiriləcək və sonda onlara sertifikatlar veriləcək”.

Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının tikintisi bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC-yə həvalə olunub. Podratçı şirkətin baş mühəndisi Cəfərağa Şiriyev isə bildirib ki, bütün tikinti işləri gələn ilin aprel-may aylarında başa çatdırılacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Füzulinin işğalından öncə şəhərdə hava limanı vardı. Bu hava limanının uçuş zolağı 1 600 metr olub. Erməni işğalı zamanı hava limanı da bütün şəhər kimi son 27 ildə xarabalığa çevrilib.

Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində işğaldan tam azad olunub. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 24 kənd var.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub.

21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik

Xəbər lenti