|
Tikintidə ən çox istifadə olunan daş, qum, çınqıl, sement ötən aylar ilə müqayisədə bahalaşıb.
Tikinti bazarında mişar daşları isə alıcılara fərqli qiymətlərə təqdim olunur. Bir maşın daş 450-500 manatdır.
Satıcılar deyirlər ki, bahalaşmanın əsas səbəbi də daş karxanalarının qiyməti qaldırmasıdır.
“Əvvəl daşın qiyməti 40 qəpik idi, indi ediblər 55 qəpik. Yanacağın qiyməti də qalxıb, əvvəl bir maşına 30 manatlıq yanacaq işlədirdik, 45-50 manat edir”.