Ramazan bayramı və Qələbə günü ilə əlaqədar ölkədə mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. Sözügedən 7 günlük tətil ölkədaxili turizmi də canlandırıb. Belə ki, müxtəlif bölgələrdə hotellərə və fərdi evlərə tələbatda artım müşahidə olunur. Tələbdə qeydə alınan artım isə qiymətlərə təsir göstərib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Ölkə.az”a açıqlamasında bildirdi ki, bölgələrdə kirayə mənzil bazarında canlanma müşahidə olunur:

“Kirayə evlər üçün müraciətlərin sayında artım var. Adətən, qiyməti yay mövsümündə müəyyən olunan kirayə evlərə indiki halda tələb artıb və qiymət də müvafiq olaraq dəyişir. Ümumiyyətlə, qiymət artımı qeyri-iş günləri və bayram tətillərində daha aktiv şəkildə qeydə alınır”.

Ekspertin sözlərinə görə, turizm üçün əlverişli olan dağlıq və dağətəyi rayonlarda orta təmirli, 1 otaqlı, kommunal təchizatı olan evlərdə qiymətlər 25-30 manatdan başlayır. Burada qiymətlər otaq sayından, evlərin yerləşdiyi ərazidən və digər amillərdən asılı olaraq dəyişir. Aylıq kirayə zamanı isə ümumi qiymətdə müəyyən güzəştlər tətbiq oluna bilir: 

“Bölgələrdə adi vaxtlarda 30 manat olan fərdi yaşayış evləri hazırda bazara 40 manata təklif olunur. Bu dövrdə hotellərin rezervasiya qiymətlərində də artım müşahidə olunur”. 

Bu ərəfədə bölgələrdə fərdi evlərin günlük kirayə haqlarında 30%-ə qədər qiymət artımı müşahidə olunur.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi “Ölkə.az”a açıqlamasında bildirdi ki, daxili turizmin məhdudlaşdırılması ilə bağlı qərarlar olmadığı üçün hotel sifarişlərində canlanma müşahidə olunur:

“Regionlarda canlanma daha çox beşulduzlu hotellərə şamil edilə bilər. Artıq gələn həftə üzrə hotellərdə otaq sifarişləri 80-85%-dir. Düşünürəm ki, bazar gününə qədər satışlar 100% olacaq və bir çox hotellər satışları saxlayacaq”. 

Espert əlavə etdi ki, beşulduzlu hotellərdə otaq rezervasiya qiymətləri 175-180-210 manat arasında dəyişir: “Müştərilər tərəfindən daha çox 170-190 manat arasında olan otaqlar rezervasiya olunur. Orta və kiçik biznes subyektlərində, yəni orta və kiçik hotellərdə satışlar elə də böyük deyil”.

“Yay aylarında epidemioloji vəziyyət yaxşıya doğru getdikcə daxili turizm də canlana bilər. Xarici turizmin bərpası isə sərhədlərin açılması, vizaların verilməsi, aviaşirkətlərin bilet satışını bərpa etməsi ilə bağlı olacaq ki, bu da daha uzun müddət tələb edir”, - deyə ekspert vurğulayıb. 

21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik

Xəbər lenti