|
Dünya Bankı "Regional Əlaqə və İnkişaf Layihəsi" üzrə Azərbaycana 65 milyon ABŞ dolları dəyərində krediti təsdiqləyib.
“Bankdan əldə etdiyi məlumata görə, kredit yeni yol infrastrukturu layihəsinə ayrılıb.
Məlumata əsasən, layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat infrastrukturunu təmin edəcək və bazara çıxışı yaxşılaşdıracaq.