Hər zaman müştərilərə müxtəlif aksiya və kampaniyalar təqdim edən “Kapital Bank”, BirKart sahibləri üçün növbəti hədiyyəli aksiya keçirir.

Şərtlərə görə, taksitlə alış-veriş edən BirKart sahibləri 50 manatlıq hədiyyə kartı qazana biləcəklər.

Axar.az xəbər verir ki, 20 oktyabr 2018-ci il tarixinədək davam edən aksiya çərçivəsində hər 50-ci taksit əməliyyatı edən müştəri, avtomatik olaraq BirKart tərəfdaşlarında keçərli olan 50 manatlıq hədiyyə kartı qazanacaq. Müştərinin istəyindən asılı olaraq bu kart, onun BirKart hesabına mədaxil olunacaq 50 manatla da əvəzlənə bilər.

Bu aksiya ilə paralel olaraq, 15 sentyabr 2018-ci il tarixinədək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər həmçinin, lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. Hər ay keçirilən tiraj zamanı 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər Ayfon-X əldə edəcək. 22 sentyabrda olacaq son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.

Qeyd edək ki, BirKart-ı artıq məvacib və pensiyasını “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, “Kapital Bank”ın istənilən filialına kart üçün müraciət edə bilərlər. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı. Visa kartları əsasında olan BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

25 Noyabr 2024 ADY COP29 dövründə: Dayanıqlı, təhlükəsiz və rahat
25 Noyabr 2024 Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
25 Noyabr 2024 Nazirdən iş yerləri ilə bağlı xoş xəbər
25 Noyabr 2024 Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır
23 Noyabr 2024 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
23 Noyabr 2024 Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
20 Noyabr 2024 Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
20 Noyabr 2024 Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
20 Noyabr 2024 Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
19 Noyabr 2024 Avropanın qaz anbarları sürətlə boşalır: Son 5 ilin ən pis göstəricisi...
19 Noyabr 2024 Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama
19 Noyabr 2024 Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır
19 Noyabr 2024 Neftdən qeyri neft-qaz sektoruna keçid başlayır
18 Noyabr 2024 Bakı-Ağstafa marşrutuna əlavə reyslər təyin edilir
18 Noyabr 2024 “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət üçün elektron tərəzi quraşdırılır FOTO
15 Noyabr 2024 SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib
14 Noyabr 2024 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıracaq
12 Noyabr 2024 Azərbaycanda "Bitcoin"i hardan almaq olar?
12 Noyabr 2024 BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik
07 Noyabr 2024 Bayram günlərində banklar bu qayda ilə işləyəcək – RƏSMİ AÇIQLAMA

Xəbər lenti