|
Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirəcək Zəngəzur dəhlizinin layihəsi hazırlanır.
Yol-xeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.
O bildirib ki, dəhlizin Azərbaycan hissəsi Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yoludur:
"Bu yol 123,8 km uzunluğunda, 4-6 hərəkət hərəkət zolaqlı olacaq. Bu, eyni zamanda Zəngilan dəhlizinin bir hissəsini – Azərbaycan hissəsini təşkil edəcək".