|
"Avtomobil yolları ilə bağlı daha 2 layihənin yerinə yetirilməsi nəzərdə tutulub".
Yol-xeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.
Onun sözlərinə görə, bu yollardan biri Ağdam-Füzuli yoludur. Həmin yolun layihəsi hazırlanıb və uzunluğu 70 km-dir:
"Gələcəkdə Xankəndidən Ermənistana alternativ yol çəkmək fikrimiz var. Bu, Laçın koridoruna alternativ yol olacaq. Onun da uzunluğu təqribən 80 km təşkil edir".