|
"Zəfər yolu"nun istifadəyə veriləcəyi vaxt açıqlanıb.
Yol-xeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov açıqlama verib.
Onun sözlərinə görə, yolun 2021-ci ilin sentyabrın axırı-oktrabrın əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.
"Hazırda bu yolda qızğın iş gedir. Artıq 8-ci aydır ki, işçilərimiz orada çalışır. İlk asfalt döşəmə işlərinə başlanılıb. 25 km-ə yaxın hissədə asfalt-beton örtüyü artıq döşənib. Sentyabrın axırı-oktrabrın əvvəlində bu yolun tamamilə asfalt örtüklə tikilməsi başa çatdırılaraq əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur".
Qeyd dək ki, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir və 2 hərəkət zolaqlı olacaq.