Bu gündən etibarən daha bir neçə ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib.

"Yol-xeber.az" xəbər verir ki, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana gələ və gedə biləcəklər:

- Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Malayziya, Səudiyyə Ərəbistanı, Yaponiya və Litva.

Qeyd edək ki, daha əvvəl iyunun 10-dan Rusiya, Türkiyə, iyunun 21-dən isə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Krallığı vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vastəsilə Azərbaycana giriş-çıxışına icazə verilib.

Avqust 5-dən eyni şərtlərlə siyahıya daha 20 ölkə əlavə edilib:

- Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Luksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Yunanıstan.

Xatırladaq ki, qeyd olunan ölkələrdən Azərbaycana girişə icazə verilməsi həmin ölkələrdə davamlı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə mübarizənin qənaətbəxş olması ilə əlaqəlidir.

Həmin ölkələrin vətəndaşlarının da Azərbaycan Respublikasına səfər etmələri üçün aşağıdakı tələblər gözlənilməlidir:

- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1-dən aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik

Xəbər lenti