Son günlərdə dünya bazarında təbii qaz qiymətləri durmadan yüksəlir. Belə ki, ötən gün Avropa fyuçers bazarında qazın qiyməti min kubmetr üçün 700 dolları keçib. Bu isə yeni rekord hesab olunur.

Bəs təbii qazın sürətlə bahalaşmasının səbəbi nədir?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Ölkə.Az”a açıqlamasında bildirib ki, son bir neçə ayda Avropa və Asiya bazarlarında həm təbii qaz, həm də sıxılmış təbii qaz qiymətlərinin durmadan artması bir neçə fundamental faktorlarla bağlıdır:

“Yeraltı qaz anbarlarında kifayət qədər qaz həcmləri yoxdur”

“Onlardan birincisi, Asiya və Avropanın yeraltı qaz anbarlarında qış mövsümünün gəlişi ilə bağlı kifayət qədər qaz həcmlərinin mövcud olmamasıdır. Bu da 2019-cu ilin dekabrından 2020-ci il aprelin əvvəllərinə qədər Avropa və Asiyada anomal soyuq hava şəraiti ilə bağlı olub. Bu zaman yeraltı qaz anbarlarının kifayət qədər qaz həcmləri əhali xəttinə çıxarılıb. Eyni zamanda 2021-ci ilin əvvəllərindən başlayaraq  dünyanın bir çox ölkələrində karantin tədbirlərinin yumuşaldılması ilə bağlı həm Asiya, həm də Avropada sənaye aktivliyi, işgüzar aktivlik fonunda təbii qaza olan tələbat artıb.

“Yay aylarında anomal istilərin yaşanması qaz istifadəsini artırıb”

Digər səbəb isə budur ki, əgər cari ilin əvvəlində anomal soyuqlar müşahidə edildisə, yay aylarında da anomal istilər qarşılığında elektrik enerjisinə tələbat artdı. Belə ki, bu zaman istilik elektrik stansiyalarının təbii qaz ilə yüklənməsi ilə bağlı kifayət qədər qaz həcmlərinə ehtiyac vardı. Lazım olan tədarük həcmlərinin bir hissəsi müqavilə əsasında kənar mənbələrdən əldə edilirdisə, digər tədarük həcmləri yeraltı qaz anbarlarından götürülürdü. İndi isə həm Avropa, həm də Asiya bazarlarında qarşıda duran əsas məsələ qış mövsümünün gəlişi ilə yeraltı qaz anbarlarının qaz ilə doldurulmasıdır. Mövsümün normal qaz təchizatını həyata keçirmək üçün aktiv qaz həcmləri 92%-dən yuxarı olmalıdır. Bu kimi faktorlar təbii qaza olan tələbatı qarşılamaq üçün qiymətlərə aqressiv təsir edir”. 

“Qış mövsümü sərt keçərsə, təbii qazın qiymətlərində artım müşahidə olunacaq”

Ekspert bildirir ki, Avropanın qaz təchizatında müəyyən problemlər yarandığından yeraltı qaz anbarlarından əlavə qaz həcmləri götürülürdü. Rusiyanın təbii qaz inhisarçısı - “Qazprom” Almaniya, Niderland və Avstriyada mövcud olan yeraltı qaz anbarlarında ona aid olan sərbəst gücləri lazım olan təbii qazla doldurmamış, bu məsələdə gözləmə mövqeyində dayanmışdı: “Eyni zamanda Belarusiya və Polşa üzərindən Almaniyaya qaz nəql edən “Yamal-Avropa”nın ötürücülük gücündə azalmalar müşahidə olunub ki, biz bunu indiyə qədər müşahidə edirik. Düzdür, Rusiya tərəfi bunu Urenqoyda qaz emalı kompleksindəki qəza ilə bağlayır, həmçinin “Yamal”ın Avropada aparılan mövsümü texniki baxış üzrə dayanması ilə əlaqələndirir, lakin bu, belə deyil. Avropa və Asiyada təbii qaza olan tələbatın aşağı olması “Qazprom” və ABŞ-ın qaz bazarındakı rəqabəti ilə bağlıdır. Qarşıdakı aylarda da qış mövsümü sərt keçərsə, təbii və sıxılmış təbii qazın qiymətlərində artım müşahidə olunacaq.

“Yüksək qiymətlərin üzunmüddətli alqı-satqı müqavilələrinə ciddi təsiri yoxdur”

Hazırkı yüksək qiymətlərin üzunmüddətli alqı-satqı müqavilələrinə ciddi təsiri yoxdur. Rusiya son açıqlamasında Avropada qaz qiymətlərinin artmasında marağının olmadığını dedi. Hazırda Rusiyanın uzunmüddətli müqavilə əsasında Almaniyaya tədarük etdiyi qazın min kubmetrinin qiyməti 220 dollar təşkil edir. Təbii ki, qarşıdakı aylarda bu qiymət qalxa da bilər. Çünki uzunmüddətli qaz müqavilələri neftin dünya bazarındakı qiymətinə bağlıdır. Eyni formula ilə Azərbaycan da işləyir. Yeraltı qaz anbarlarının olduğu bazarlarda eyni zamanda spot qiymətlərlə qaz həcmləri satılır. Lakin əgər həm Asiya həm də Avropada yumuşaq qaz qıtlığı davam edəcəksə, bu, uzunmüddətli müqavilələrə də təsir edəcək. Çünki hər 3 və ya 6 ayda dünya bazarında neftin və dizel yanacağının qiymətindən asılı olaraq qiymətlərə yenidən qayıdıla bilir

“Azərbaycanın qaz ixracından gəlirləri arta bilər”

“Azərbaycanın Cənub Qaz Dəhlizi sayəsində növbəti illərdə enerji daşıyıcılarından əldə edilən gəlirinin böyük hissəsi qaz satışından gəlirlər hesabına baş tutacaq. Bu baxımdan qiymətlər qalxacağı təqdirdə gəlirlərimiz də artacaq. Eyni zamanda sərt iqlim tələblərinin qüvvəyə minməsi, karbonlaşma siyasətinin vüsət alması, karbon emissiyalarının azaldılması ilə bağlı ortaya qoyulan siyasi iradə qarşıdakı illərdə təbii qaza tələbatı dəfələrlə artıracaq. Yeni enerji keçidində təbii qaz aralıq yanacaq növü kimi dəyərləndirilir. Çünki təbii qazın ətraf mühitə təsir dərəcəsi daha aşağıdır və daha ekoloji təmiz yanacaq kimi dəyərləndirilir”, - deyə ekspert əlavə edib.

21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik

Xəbər lenti