|
“Növbəti addımlarda işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktura uyğun olaraq “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları daxil olmaqla “Yaşıl enerji” zonalarının yaradılması nəzərdə tutub. Bu da 2021-2025-ci illər üzrə sosial-iqtisadi inkişaf strategiyası layihəsində nəzərə alınıb.
“Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2030-cu ilin gündəliyindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin sosial-iqtisadi və ekoloji potensialının daha da artırılması üçün beynəlxalq investorların iqlim dəyişiklikləri ilə mübarizədə donor təşkilatlar cəlb etməsi, beynəlxalq təşkilatlarla ayrı-ayrı ölkələr arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, özəl və dövlət şirkətlərinin prosesə qoşulması, özəl-dövlət sektoru tərəfdaşlığının yüksək səviyyəyə qaldırılması vacibdir və ən qabaqcıl dünya təcrübəsi də bunu təsdiqləyir. Bu məqam inkişafın maliyyələşdirilməsi üçün 3-cü beynəlxalq konfransda qəbul edilmiş gündəlikdə öz əksini tapıb. Yaxın vaxtlarda bununla bağlı yeni təkmilləşdirilmiş qanunvericiliyi dövlət başçısına təqdim etmək niyyətindəyik. Bu sənədin hökumətdə razılaşdırılması prosesi başa çatır”, - deyə nazir əlavə edib.