|
Sabahdan "Dəmir Bank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlarına növbəti dəfə ödəniş ediləcək.
"Yol-xeber.az"ın məlumatına görə, bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) kreditorlara müraciətində deyilir.
Məlumata əsasən, ödəniş nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim edə bilərlər.