![]() |
|
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 78,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 6-da 77,63 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 6-da 73,99 dollar/barel olub və əvvəlki qiymətdən 1,54 dollar/barel ucuzdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyulun 6-da 75,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,32 dollar/barel azdır.