|
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1745 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
“Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 0,34% azalma deməkdir.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi oktyabrın 25-də - 0,1747 manat qeydə alınmışdı.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Ümumilikdə, türk lirəsinin bu il ərzində 24% dəyər itirdiyi qeyd olunur.