Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol layihələri  barədə məlumat açıqlanıb VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi



Yol-xeber.az xəbər verir ki, Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barədə 10.12.2021-ci il vəziyyətinə görə məlumat                                                                                                                                                           
    

1    Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu

-    texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
-    görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-64, 71-72, 75-80-ci km hissələrində torpaq yatağının tikintisi,1, 27,34, 37, 50, 62, 79-cu km-də körpülərin, 80-ci km-də tunellərin və 60-cı km-də alt keçidlərin tikintisi aparılır.

2    Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu 
 
-    texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
-    görülmüş işlər: yolun 12-13-cü km hissəsində torpaq yatağının qazılması, 12.8 və 13.3-cü km hissələrdə suötürücü boruların inşası və mövcud kanalların köçürülməsi işləri davam edir. Murovdağ tunelinin giriş və çıxış hissəsində ümumilikdə 750 m üst yarı qazma işləri aparılıb. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

3    Kəlbəcər -– Laçın avtomobil yolu

-    texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
-    görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 40% icra olunub. Mobilizasiya işləri davam etdirilir.

4    Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

-    texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
-    görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95% icra olunub, yol nişanları 85% quraşdırılıb.            

5    Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu

-    texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
-    görülmüş işlər: 0-23 və 42-76-cı km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 25%, boru və keçidlərin tikintisi 29%, körpülərin tikintisi 25% icra olunub.

6    Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu 

-    texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
-    görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, 1, 11, 23, 33 və 39-cu km-də körpü tikintisi işləri aparılır. Torpaq işləri 37%, yol geyimi - 4%, boru və keçidlərin tikintisi 37%, körpülərin tikintisi 29 % icra olunub.

7    Qubadlı - Eyvazlı avtomobil yolu

-    texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
-    görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla  torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

8     Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil 

-    texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: torpaq işləri 53%, yol geyimi 10%, boru və keçidlərin tikintisi 55%, körpülərin tikintisi 51 % icra olunub.

9    Füzuli -– Hadrut avtomobil yolu

-    texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 50% icra olunub. 

10    Bərdə – Ağdam avtomobil yolu 

-    texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
-    görülmüş işlər: torpaq işləri 45.9%, yol geyimi 9.8%, boru və keçidlərin tikintisi işləri 33.5%, körpülərin tikintisi 84.9% icra olunub.

11    Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu

-    texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
-    görülmüş işlər: Yolun ilk 1.8 km-lik hissəsində asfalt-beton örtüyün alt qatı tikilib, 1.8-6 km və 12-22 km hissələrində boruların quraşdırılması və əsasın tikintisi işləri aparılır.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı

Xəbər lenti