|
"Azərbaycan Dəmir Yolları" QSC Horadiz-Ağbənd dəmir yolu xəttinin bir hissəsini istifadəyə verib.
"Yol-xeber.az" bu barədə Azərbaycan Televiziyasına istinadən xəbər verir.
Məlumata görə, yolun Cəbrayıl rayonundan keçən 23 km-lik hissəsi artıq hazırdır və hazırda həmin hissə ilə yük qatarları hərəkət edir. Bu hissə ilə hərəkət edən qatarlar digər ərazilər üçün materiallar aparır və həmin ərazilərdə yolun çəkilişi davam etdirilir.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu ümumilikdə 110 km-dir. Bu istiqamətdə yol minalardan təmizlənib, su keçirici borular və körpülər hazırlanıb. Hazırda bu yolda Mərcanlı və Mahmudlu stansiyaları tikilir. Yol boyunca 8 yarımstansiya tikilib istifadəyə veriləcək.