|
Dünya birjalarında neft qiymətləri artıb.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,90 dollar və ya 1,03% artaraq 88,41 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 1 dollar və ya 1,17% artaraq 86,43 dollar təşkil edib.