|
"Bir neçə ildir valyuta bazarında tsikliyi görürük. Xarici valyutaya tələbin artımı ilin sonunda büdcə xərclərinin artması ilə bağlıdır".
"Yol-xeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bankların dollara tələbinin artması ilə bağlı suala cavab olaraq deyib.
Onun sözlərinə görə, ilin ortalarında valyuta bazarına profisit görürük: "Mərkəzi Bank bankların dollar tələbini tam ödəyir. Bu hərraclarda banklar öz tələbatını göstərir və bütün ausionlarda isə tələbat tam ödənilir".