|
Bu gün Rusiyada ABŞ dollarının məzənnəsi 70 rublluq psixoloji həddi keçərək 70,16 rubla yüksəlib.
“Report” bu barədə Rusiya mətbuataına istinadən xəbər verir.
Məlumata görə, Amerika valyutası sonuncu dəfə bu qiymətə 2016-cı il martın 16-da dəyişdirilib.
Rusiyada aAvronun məzənnəsi isə 80 rubbluq psixoloji həddi üstələyərək 80,64 rubl təşkil edib.
Bu arada qonşu ölkənin Moskva Banklararası Valyuta Birjası indeksi dünənin qapaşı ilə müqayisədə 0,4% artaraq 2 331,75 bəndə, RTS indeksi isə 0,04% irəliləyərək 1050,93 bəndə çatıb.