|
ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı sanksiyaları açıqlamasının ardından neft qiymətləri sabitləşib.
Qiymətlərin sabitləşməsinə səbəb sanksiyaların gözləniləndən daha az sərt olması olub.
Dünən sürətli artım nümayiş etdirən “Brent” markalı neftin bir barrelinin qiyməti 97 ABŞ dolları həddində ticarət olunub və daha sonra 97 ABŞ dollarından aşağı enib.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Rusiyanın suveren borcuna qarşı sanksiyalar tətbiq etdiyini bildirib. Eləcə də, ABŞ rus elitasına və Rusiyanın dövlət inkişaf korporasiyası, iqtisadi inkişaf layihələrini maliyyələşdirən dövlət investisiya bankına (VEB) qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.
Bunun Rusiyaya qarşı sanksiyaların ilk tranşı olduğunu bildirən Bayden Rusiyanın eskalasiyaya keçəcəyi təqdirdə sanksiyaların sərtləşdirəcəyini deyib.
Analitiklər Ukrayna ətrafında vəziyyətin daha da gərginləşəcəyi təqdirdə neft qiymətlərinin 100 dollarlıq pisxoloji həddi keçəcəyini istisna etmir.