|
Azərbaycan Mərkəzi Bankı 11 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Axar.az-a verilən məlumata görə, iyulun 11-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9937 manat təşkil edir.
1 türk lirəsi 0,3604 manat, 1 rus rublu 0,0274 manat, 100 İran rialı 0,0039 manat, 1 gürcü larisi isə 0,6955 manatdır.