|
Prezident İlham Əliyev Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Yol-xeber.az xəbər verir ki, Sərəncama əsasən, Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 687,0 (altı yüz səksən yeddi) min manat ayrılıb.