Dünən Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib. İclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub. Qeyd olunub ki, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub.

İqtisadçı deputat Vüqar Bayramov əməyin ödənilməsinə yönəldiləcək xərclərin 30%-dən çox artacağını bildirib:

"2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır. Gələn il büdcəsinin 23,7%-i əməyin ödənilməsinə yönəldiləcək. Bu həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. Bu, 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5,2%, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30,6% faiz artım deməkdir".

Millət vəkilinin sözlərinə görə, 2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5,9%, 2021-ci ilin icrası ilə müqayisədə 25,3% çoxdur.

"Bütövlükdə, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub. Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyatı üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır", - deyə V. Bayramov əlavə edib.

23 Noyabr 2024 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
23 Noyabr 2024 Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
20 Noyabr 2024 Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
20 Noyabr 2024 Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
20 Noyabr 2024 Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
19 Noyabr 2024 Avropanın qaz anbarları sürətlə boşalır: Son 5 ilin ən pis göstəricisi...
19 Noyabr 2024 Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama
19 Noyabr 2024 Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır
19 Noyabr 2024 Neftdən qeyri neft-qaz sektoruna keçid başlayır
18 Noyabr 2024 Bakı-Ağstafa marşrutuna əlavə reyslər təyin edilir
18 Noyabr 2024 “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət üçün elektron tərəzi quraşdırılır FOTO
15 Noyabr 2024 SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib
14 Noyabr 2024 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıracaq
12 Noyabr 2024 Azərbaycanda "Bitcoin"i hardan almaq olar?
12 Noyabr 2024 BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik
07 Noyabr 2024 Bayram günlərində banklar bu qayda ilə işləyəcək – RƏSMİ AÇIQLAMA
07 Noyabr 2024 Bu ölkədən Azərbaycana gələn turistlərin sayı rekord səviyyədə artıb
05 Noyabr 2024 ADY bu ilin yanvar-oktyabr aylarında 6 milyon tondan çox tranzit yükü daşıyıb
05 Noyabr 2024 Ermənistan Azərbaycandan qaz alacaq?
02 Noyabr 2024 Mərkəzi Bank faizləri dəyişmədi, amma proqnozları yenilədi - AÇIQLAMA

Xəbər lenti