|
Vergi Məcəlləsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə deyib ki, Vergi Məcəlləsinə əsasən, gəlir vergisinə bir sıra güzəştlər nəzərdə tutulur.
"Bu, imkan verir ki, vətəndaşlar əmək haqqından daha az gəlir vergisi ödəsin.Bu isə həmin şəxslərin əmək haqqlarının vergiyə cəlb edilməsinin azalması, nəticədə onların sərəncamında daha çox vəsaitin qalmasına imkan verir",- deyə V.Bayramov qeyd edib.