hh

"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.

Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də tikilir.   

Layihə üzrə keçidin uzunluğu 53.4 metr, daxili eni 3.5 metr, pilləkən və pandusların eni 1.35 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq. 

Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq. 

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. 

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN... 

 

hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh
hh

23 Noyabr 2024 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
23 Noyabr 2024 Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
20 Noyabr 2024 Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
20 Noyabr 2024 Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
20 Noyabr 2024 Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
19 Noyabr 2024 Avropanın qaz anbarları sürətlə boşalır: Son 5 ilin ən pis göstəricisi...
19 Noyabr 2024 Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama
19 Noyabr 2024 Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır
19 Noyabr 2024 Neftdən qeyri neft-qaz sektoruna keçid başlayır
18 Noyabr 2024 Bakı-Ağstafa marşrutuna əlavə reyslər təyin edilir
18 Noyabr 2024 “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət üçün elektron tərəzi quraşdırılır FOTO
15 Noyabr 2024 SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib
14 Noyabr 2024 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıracaq
12 Noyabr 2024 Azərbaycanda "Bitcoin"i hardan almaq olar?
12 Noyabr 2024 BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik
07 Noyabr 2024 Bayram günlərində banklar bu qayda ilə işləyəcək – RƏSMİ AÇIQLAMA
07 Noyabr 2024 Bu ölkədən Azərbaycana gələn turistlərin sayı rekord səviyyədə artıb
05 Noyabr 2024 ADY bu ilin yanvar-oktyabr aylarında 6 milyon tondan çox tranzit yükü daşıyıb
05 Noyabr 2024 Ermənistan Azərbaycandan qaz alacaq?
02 Noyabr 2024 Mərkəzi Bank faizləri dəyişmədi, amma proqnozları yenilədi - AÇIQLAMA

Xəbər lenti