|
"Yol-xeber.az" xəbər verir ki, Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-də, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılıb.
Ərazidə zəruri yol nişanları quraşdırılaraq, üfiqi nişanlanma xətləri çəkilərək yeni geri dönmə sürücülərin istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...