|
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə OPEK-in aylıq hesabatında deyilir. Bildirilir ki, may ayında Azərbaycanın xam neft hasilatı artaraq gündəlik 730 min barrel olub. Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Mərkəzi” və “Şərqi Azəri” platformaları vasitəsilə kondensat da daxil olmaqla ölkənin neft istehsalı çoxalaraq sutkalıq 810 min barrel təşkil edib.
Bu il Azərbaycanın neft hasilatının orta hesabla 10 min barrel azalaraq gündəlik 790 min barrelə düşəcəyi proqnozlaşdırılır.
OPEK Azərbaycanın neft istehsalının 2019-cu ildə isə orta hesabla 20 min barrel aşağı düşərək sutkada 770 barrelə olacağını nəzərdə tutur.