|
Dənizkənarı Milli Parkda qeyri-adi hadisə baş verib.
“Hyundai” markalı avtomobil bordyura çırpılaraq Bulvarın mərkəzinə daxil olub. Bu barədə Ceyhun Abdulla adlı istifadəçi sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, avtomobilin içərisində gənc oğlan və qız olub.
Hadisə oğlanın əyləc əvəzinə qaz pedalını sıxması nəticəsində yaşanıb, xəsarət alan olmayıb.
Bulvarın mühafizəçiləri hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarını çağırıblar.