|
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar azalaraq 84,16 dollar, VTİ markalı neftin bir barrelinin qiyməti 0,02 dollar bahalaşaraq 74,34 dollar olub.
"Azəri Layt” markalı xam neftin 1 barrelinin qiyməti isə 0,73 dollar azalaraq, 86,78 dollar olub.