|
Neft qiymətlərinin dinamikası sabit deyil, siyasi proseslərdən çox asılıdır.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, son günlər “Brent” markalı neftin nisbətən ucuzlaşmasına səbəb Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı artıracağı, İranın neft sata biləcəyi ilə bağlı yayılan xəbərlər oldu:
“Şimali Amerika markalı neftin azacıq bahalaşmasına səbəb isə ABŞ-da keçən həftə neft buruqlarının sayının azalmasıdır. Amma ümumilikdə neft bazarında dalğalı qiymətlər bir müddət davam edəcək”.
Qeyd edək ki, 3 gün öncə bir barreli 86 dollara yaxınlaşan “Brent” hazırda 83 dollara satılır.
Yüngül neftin bir barreli isə 73,38 dollaradır.