Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.

Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.

“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. “Muğan Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Bildiririk ki, “Muğan Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir. “Muğan Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.

10 Mart 2025 Bu günə olan vaIyuta məzənnələri
06 Mart 2025 Bu günə olan valyuta məzənnnələri
05 Mart 2025 Bu avtomobillərin idxalı gömrük rüsumundan azad edildi
04 Mart 2025 Maşın almaq istəyənlərə şad xəbər: Ucuzlaşma başlayır
04 Mart 2025 BU günə olan valyuta məzənələri
03 Mart 2025 Dünya Bankı yaxın 5 ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
03 Mart 2025 Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb
28 Fevral 2025 "Bitcoin" və altkoinlərdə ucuzlaşma davam edir – QİYMƏTLƏR
28 Fevral 2025 ADY innovativ həllərlə əməliyyat səmərəliliyini və təhlükəsizliyi artırır
25 Fevral 2025 Yolların buz bağlaması bazarların işinə necə təsir edib?
25 Fevral 2025 Qiymətlərdə bu tarixdən ucuzlaşma olacaq
24 Fevral 2025 Şənbə və bazar günü 830.301 sərnişin metrodan istifadə edib
24 Fevral 2025 ƏDV ilə bağlı qərar dəyişdi
24 Fevral 2025 Yeni “iPhone”ların qiyməti artacaq: Trampın ayağı ağır oldu
21 Fevral 2025 Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq
20 Fevral 2025 Azərbaycanda 8 qurum birləşdi - SİYAHI
20 Fevral 2025 ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 22 və 23 fevral tarixlərində əlavə qatar reysləri təyin edir.
20 Fevral 2025 Mənzil satışında yenilik - Bundan sonra...
19 Fevral 2025 Türk Dövlətləri kapitalı 600 milyona çatdırdı - RAZILIQ
18 Fevral 2025 Danışıqlar aparılıb: Quru sərhəd bu tarixdən açıla bilər

Xəbər lenti