|
İran neft naziri Bijan Namdar Zəngəne yaxın aylarda neft qıtlığının yaşanacağı barədə xəbərdarlıq edib.
o, buna səbəb olaraq son zamanlarda neftin qiymətinin bahalaşmasını göstərib.
Zəngəne bildirib ki, ABŞ-ın İrana sanksiyaları səbəbindən yaranan boşluğu doldurmaq üçün digər ölkələrin verdiyi sözlər bu istiqamətdə ciddi rol oynamır.
Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman bin Məhəmməd “Blumberq” agentliyinə verdiyi açıqlamada ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara görə neft bazarında yaranacaq boşluğu S.Ərəbistanının doldurmaq öhdəliklərinin olduğunu bildirmişdi.
Zəngəne isə bu açıqlamanın ABŞ-ın S.Ərəbistanı üzərindəki təzyiqinin nəticəsi olduğunu deyib:
“Əslində nə Səudiyyə, nə də digər ölkələr İran ixracatından yaranacaq boşluğu doldura bilməz”.
Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyada digər ölkələrin İranla neft ticarəti aparmaması da yer alıb.