Bakı geridə qalan həftəsonunu adət etmədiyi hava şəraitində keçirdi
Yol-xeber.az" xəbər verir ki, Havanın qeyri-sabit olmasına baxmayaraq, Bakı metropoliteni sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Sərnişin axını:
Şənbə günü – 417 868 sərnişin
Bazar günü – 412 433 sərnişin
Bütün stansiyalara, elektrik depolarının iş rejiminə və hərəkət qrafikinə nəzarət gücləndirilib.
Qatarların hərəkətində heç bir yubanma baş verməyib.
Hava şəraitindən asılı olmayaraq sərnişinlərə fasiləsiz və təhlükəsiz nəqliyyat xidməti göstərməyə davam edirik.