|
ABŞ-da noyabrda keçiriləcək mid-term seçkilər öncəsi Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov ABŞ-ın test olaraq 5 milyon barrelin, daha sonra 30 milyon barrelin bazara çıxarılması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib:
“ABŞ anbarların qapağını açacağı halda neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa, o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, əmtəə birjasına əsasən, bu gün VTİ neftinin qiyməti 0,02 dollar artaraq 68,08 dollar, “Brent” markalı neftin qiyməti 0,36 dollar artaraq 72,20 dollar olub.