“Kapital Bank”31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində növbəti sosial layihə həyata keçirib. Layihə çərçivəsində Bankın İdarə Heyətinin sədri, müavinləri, üzvləri, bir sıra departament direktorları və yaxın rayonlarda olan filialların direktorları hərbi hissədə əsgər və zabit heyəti, Qarabağ qaziləri, həmçinin şəhid ailələri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, layihəni həyata keçirməkdə məqsəd, vətən uğrunda canından keçmiş şəhidlərin yaxınlarına, həmçinin hazırda vətənimizin keşiyində duran əsgərlərə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirməkdir. Ailələrindən, evlərindən uzaq olan əsgərlərə birgə bayram qeyd etmək, əsgərlərin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir.

Tədbir zamanı Bankın rəhbərliyi Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissəyə baxış keçiriblər, əsgərlər üçün yaradılan şəraitlə tanış olublar və hərbi hissənin şəxsi heyəti ilə birgə nahar ediblər. Görüşdən sonra əsgərlərə və şəhid ailələrinə bayram sovqatı paylanılıb. Bundan başqa hərbi hissəyə, əsgər və zabitlərin ümumi istifadəsi üçün hədiyyələr də təqdim olunub.

Tədbirdə çıxış edən “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, əsgərləri, zabitləri, müharibə veteranarını və şəhid ailələrini qarşıdan gələn bayram münasibətilə təbrik edib və tədbirin keçirilməsində dəstək olan Müdafiə Naziri Zakir Həsənova və hərbi hissənin komandirinə təşəkkürünü bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
29 Mart 2025 “Starlink” Azərbaycanda fəaliyyətə başlayıb
26 Mart 2025 “Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
19 Mart 2025 Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?

Xəbər lenti