Neft bazarında olan qeyri stabillik, yəni qiymətlərin kəskin dəyişməsi nə hasilatçılar üçün, nə də istehlakçılar üçün sərfəlidir.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə ixtacatçılar gəlirlərini hansısa qiymətlə proqnozlaşdırır ki, bunun əsasında gələcək investisiya siyasətini həyata keçirsin, idxalçılar isə bu qiymətə özünü kökləyib neft idxalı həcmlərini proqnozlaşdırır:

“Proqnozdan yüksək qiymətdə bir müddətdən sonra neftə tələbat azalır, çünki bir xeyli istehlakçı üçün neft əlçatan olmur və onlar hər vasitə ilə qənaət rejiminə keçir. İnkişaf etmiş ölkələrdə isə alternativ enerjiyə maraq artır və enerjidən az istifadə edən texnologiyalara kapital axını baş verir. Neftin aşağı qiymətində isə hasilatçı ölkələrin gəlirləri kəskin azalır. Onlar isə inkişaf etmiş ölkələrin istehsal etdiyi mal və xidmətlərin əsas idxalçısı kimi çıxış edir. Gəlirləri azaldığından idxalı da azaltmalı olurlar. Nəticədə dünyanın texnoloji və böyük şirkətlərinin dövriyyəsi də azalır. Göründüyü kimi, əslində neftin nə baha qiyməti, nə də aşağı qiyməti dünya üçün maraqlıdır. Dünya iqtisadiyyatının stabil inkişafı üçün enerjinin böyük istehlakçı kütləsi üçün əlçatan olması vacib şərtdir. Yəni neftin “qızıl orta” qiyməti - hazırda bu hədd 60-65 dəhlizi hesab edilir”.

İ.Şaban neftin qiymətinin aşağı düşməsinin səbəblərinə də münasibət bildirib:

“Bazarda izafi neft həcmləri var. Necə ki o həcmlərin azaldılması təmin edilməyib, neft qiymətlərinin 60 dollara qədər yüksəlməsi mümkünsüzdür. Bu isə 2019-cu ilin I yarımilliyində əsas bazar iştirakçıları qarşısında duran əsas vəzifələrdən biridir”.

15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
29 Mart 2025 “Starlink” Azərbaycanda fəaliyyətə başlayıb
26 Mart 2025 “Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
19 Mart 2025 Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?

Xəbər lenti