Gəncədə daha üç avtoxuliqan saxlanılıb, hər birinə 15 gün həbs verilib
Onlar 1 il sürücülük hüququndan mərhum ediliblər

Gəncə şəhərində avtoxuliqanlıq edən şəxslər saxlanılıb. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Chevrolet” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs cəzası verib, onlar 1 il sürücülük hüququndan mərhum ediliblər.

Qeyd edək ki, yanvarın 30-da Gəncədə daha 4 avtoxuliqan saxlanılıb.

21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video

Xəbər lenti