|
Son vaxtlar yolda təmizlik işləri aparan qadınların avtomobillər tərəfindən vurularaq öldürülməsi xəbərləri yayılır. Buna səbəb həm sürücülərin yol hərəkəti qaydasını pozması, həm də təmizlik işləri görən qadınların məsuliyyətsizliyidir. Avtosfer.az xəbər verir ki, fevralın 4-də paytaxtın A.M.Şərifzadə küçəsində yolu təmizləyən qadın öz təhlükəsizliyini qorumayaraq avtomobilin qarşısına çıxıb. O, yolun hərəkət hissəsində olan əşyanı götürən zaman həmin zolaqda hərəkət edən avtomobilin sürücüsünə təhlükə yaradıb. Sürücü onu vurmamaq üçün sürətini tam azaladaraq qəzanın baş verməsinin qarşısını alıb.