Qayda pozan sürücülərlə bağlı araşdırma başlayıb - RƏSMİ

Araşdırmalar davam edir

Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı araşdırma başlanılıb.Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Mehdiabad qəsəbəsində “avtoşluq” etmiş sürücülərin təhlükəli vəziyyət yaratması ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, BDYPİ əməkdaşları tərəfindən yayılan videogörüntülərdəki avtomobillərdən birinin sürücüsü artıq müəyyənləşdirilib: “Görüntülərdə əks olunan 99 LL 058 dövlət nömrə nişanlı avtomobilin sürücüsü müəyyən olunub. Videoda eşidilən səsin hansı avtomobilə aid olması isə hələ dəqiqləşdirilməyib. Bunun üçün digər avtomobilin sürücüsünün müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir”.

Xatırladaq ki, videogörüntülərdə sürücüsü hələlik müəyyən olunmayan avtomobilin “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozduğu və sükan arxasında mobil telefondan istifadə edərək çəkiliş apardığı görünür.

 

21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video

Xəbər lenti