Bakıda ŞOK alver; onlayn yolla narkotik vasitələr satanlar tutuldu - FOTO
Narkotik maddə və psixotrop maddələr satan narkokuryerlər saxlanılıblar

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib. Yol-xeber.az DİN-ə istinadən xəbər verir ki, Baş İdarəyə Murad adlı şəxsin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Murad Rəhmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 70 qram narkotik vasitə heroin, 8 qram metamfetamin və narkotik vasitələrin satışından əldə etdiyi 3870 manat pul aşkar edilib. M.Rəhmanov ifadəsində qeyd edib ki, narkotik vasitələri onun tapşırığı ilə tanışları Rəmzan Muradov və Vüsal Məmmədzadə adlı şəxslər paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sirafiş verən adamlar pulu onlayn ödəmə terminalları vasitəsi ilə Murad Rəhmanov kart hesabına köçürəndən sonra o, narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüb.

Qeyd edək ki, Murad Rəhmanov narkotik vasitələrin satışından onun hesabına köçürülən pulları nağdlaşdırmaq üçün bankomatlara gedən zaman tanınmamaq üçün tibbi maska və gün eynəyindən istifadə edib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Murad Rəhmanovun narkokuryerləri olan Rəmzan Muradov və Vüsal Məmmədzadə də saxlanılaraq instintaqa cəlb ediliblər. Rəmzan Muradovun üzərindən 5 ədəd ekstrazi həbi, 3 qram metamfetamin, Vüsal Məmmədzadədən isə 3 qram metamfetamin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

 

21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video

Xəbər lenti