DYP tanınmış vəkilə görə cərimələndi - FOTO
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi üç dəfə məhkəməyə müraciət etsə də, üçündə də ərizə geri qaytarılıb

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi vəkil Bəhruz Bayramova görə 1000 manat cərimə edilib. Yol-xeber.az “Report”-a istinadən xəbər verir ki, buna səbəb vəkilin sərxoş halda maşın sürdüyünə görə saxlanması haqda məlumatın, sərxoşluq müayinəsindən keçirildiyi görüntülərin saytlarda, telekanallarda yayılmasıdır. Bu barədə fevralın 12-də, Bakı Apelyasiya Məhkəməsində qərar çıxarılıb.  Fuad Talışinskinin sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, Yol Polisi İdarəsi bu məlumatları yaymaqla vəkilin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurub.

B.Bayramovun iddiası qismən təmin olunub. O, 300 min manat təzminat, həmin məlumatları yaymış media orqanlarında təkzib verilməsi və Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ondan üzr istəməsini tələb edirdi. Təzminat hissəsində iddiası qismən təmin olunsa da, üzr və təkzib hissəsində iddia rədd edilib. Ona görə də B.Bayramov deyir ki, qərar onu qane etmir, qərardan Ali Məhkəməyə şikayət edəcək.

B.Bayramov məhkəməyə iddiasında da göstərib ki, restoranda ailə üzvlərindən birinin ad gününü qeyd ediblər. Az miqdarda spirtli içki qəbul etdiyinə görə restorandan çıxanda “Ayıq sürücü” xidmətindən sürücü çağırıb. Sürücü gəlib onun avtomobilini idarə edib, onu və yaxınlarını evə aparıb: 

 

“Sürücü bizi ünvana çatdırıb gedəndə maşın məhəlləarası küçədə dayanmışdı. Evimə 70 metr qalmışdı. Avtomobilə yaxınlaşanda yol polisinin avtomobili dayandı. Bir nəfər özünü təqdim etmədən bütün sənədlərimi əlimdən zorakılıqla aldı. Ona bildirdim ki, “ayıq sürücü” ilə gəlmişəm və avtomobili də idarə etməmişəm. Məni zorakılıqla yol polisinin avtomobilinə əyləşdirdilər. Yolda zəng vurub çəkiliş kameralarının gəlməsini istədilər. Mənə də dedilər ki, çəkib telekanallarda, mətbuat orqanlarında biabır edəcəklər”.

Vəkil “Azadlıq” radiosuna bildirib ki, onu sərxoşluq müayinəsindən keçmək üçün tibbi məntəqəyə gətirib, orada videoya çəkiblər. Daha sonra həmin görüntülər müxtəlif telekanal və saytlarda “Tanınmış vəkil sərxoş tutuldu” başlığı ilə yayımlanıb. “Videogörüntüləri hissə-hissə montaj edib, çəkilişləri yaymaqda məqsəd məni biabır etmək, işgüzar nüfuzuma zərbə vurmaq olub”, - vəkil belə hesab edir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov isə bu məsələni şərh edərkən bildirib ki, vəkil B.Bayramov Yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədilə müxtəlif üsullara əl atır. B.Bayramovun sərxoş halda avtomobil idarə etməyə görə cəzalandırılması üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsi üç dəfə məhkəməyə müraciət etsə də, üçündə də ərizə geri qaytarılıb. Sonda inzibati xəta ilə bağlı işə xitam verilib.

21 Aprel 2025 Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
21 Aprel 2025 Bakıda şadlıq evinin qarşısında dava: polisə aparıldılar
21 Aprel 2025 DTX xaricdə gizlənəni ölkəyə gətirdi: həbs edildi
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı

Xəbər lenti