|
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası fevralın 24-nə təyin olunub.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Sabunçu rayonu, Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlunu ürəyindən bıçaqlayıb.
Q.Məmmədov, həmçinin qəsəbə sakini, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğluna qarın boşluğundan bıçaqla xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Qulu Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və daha artıq şəxsin qəsdən sağlamlığına ağır zərər vurma) maddəsilə ittiham verilib.