|
Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.
Qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.
Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.
Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.
“Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.
Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.
Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 9 nəfərdən 5-inin türk olduğu iddia edilir. (publika.az)