|
Report xəbər verir ki, hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı, Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb.